DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin zəlzələ bölgəsindən 200-dən çox insan təxliyə edilib - XİN

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Sputnik
BAKI, 8 fevral - Sputnik. “Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”.
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
XİN sözçüsü bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var: “Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib.
Dünən Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.