FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində dağılmış tarixi binalar

Zəlzələ nəticəsində Türkiyə və Suriyada bir sıra tarixi binalar, o cümlədən, Hacı Yusuf Taş məscidi, Qaziantep qalası və Hələb qalası dağılıb və zərər çəkib.
Sputnik
Fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində, Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin 1939-cu ildən bəri ən güclü zəlzələ olduğunu bildirib. Türkiyə lideri ölkədə 7 günlük milli matəm elan edib. Türkiyə bayraqları 12 fevral 2023-cü il tarixində gün batana qədər bütün milli və xarici nümayəndəliklərdə yarıya qədər dalğalanacaq.
1 / 8

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində Hacı Yusuf Taş tarixi məscidi zədələnib.

2 / 8

Türkiyədə baş verən zəlzələ nəticəsində Qaziantep qədim qalası zədələnib.

3 / 8

Suriyanın Hələb şəhərində zəlzələ nəticəsində dağılmış qədim qala.

4 / 8

Türkiyədə baş verən zəlzələ nəticəsində Qaziantep qədim qalası zədələnib

5 / 8

Suriya. Baniasdakı Markab qalası.

6 / 8

Suriyanın Hələb şəhərində zəlzələ nəticəsində dağılmış qədim qala.

7 / 8

İsgəndərunda İsgəndəriyyə Katolik Kilsəsi.

8 / 8

Türkiyənin Qaziantep şəhərində zəlzələ nəticəsində qədim Şirvani məscidi zədələnib.

Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 4 minə yaxınlaşıb.
Suriyanın bir sıra bölgələrində də dağıntılar olduğu bildirilir. Yeraltı təkanlar Livanın paytaxtı Beyrutda da hiss olunub. Suriyada bu an üçün qurbanların sayı 2 minə yaxındır.
Qeyd edək ki, Türkiyədə baş verən təbii fəlakət nəticəsində Qaziantep və Diyarbəkirin tarixi qalaları, Hevsel bağları, Suriyada isə Hələb qalası zərər görüb. Qeyd edək ki, Diyarbəkir qalası, Hevsel bağları və Hələb qalası YUNESKO-nun mədəni irs siyahısına daxildir.
YUNESKO-nun sözçüsü Tomas Mallar bildirib ki, təşkilat obyektləri tez bir zamanda qorumaq və sabitləşdirmək üçün dəqiq zərərin qiymətləndirilməsini tərtib etməkdən ötrü öz ekspertlərini tərəfdaşları ilə bir araya gətirəcək.
Mallar, "Diyarbəkir qalası və Hevsel bağları Roma, Sasani, Bizans, İslam və Osmanlı dövrlərinin mədəni irs yerləridir" deyə qeyd edib. Mətbuat attaşesi əlavə edib ki, ekspertlər, həmçinin, Göbekli-təkə məbədi kompleksinin və Arslantəpə kurqanının vəziyyətini qiymətləndirmək niyyətindədirlər.
Suriyada Hələbdəki Köhnə şəhərin binalarının, o cümlədən, qalanın qorunub saxlanması YUNESKO-nu xüsusilə narahat edir, - deyə Mallar bildirib.