BAKI, 8 fevral — Sputnik. Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistanla Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər üzv ölkələri arasında ticarətin həcmini ciddi şəkildə artıracaq. Bunu Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan parlamentin hökumət saatında Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçirilən iclasının yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistanla İttifaqın digər dövlətləri arasında yalnız bir quru yolu var və o, Gürcüstandan keçir.
"Aydındır ki, imkanlar məhduddur, müvafiq olaraq, Azərbaycan ərazisindən avtomobil və dəmir yolu marşrutlarının açılması Ermənistanla Aİİ arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını təmin edə bilər".
O qeyd edib ki, bu, Ermənistanın nəqliyyat dəhlizlərinin blokadadan çıxarılmasındamaraqlı olduğunu göstərir. Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yazılanları həyata keçirməyə hazırdır:
"Kommunikasiyaların açılmasında ən çox Ermənistan tərəfi maraqlıdır, çünki 30 ildir blokadada olan Ermənistandır. Həm Azərbaycanın, həm də Türkiyənin alternativ yolları var. Və Ermənistanın kommunikasiyaya ehtiyacını nəzərə alaraq, onun tərəf müqabilləri onun üçün yolların açılmasının dəyərini qaldırmağa çalışırlar".