BAKI, 8 fevral — Sputnik. Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunan hərbi tibb personalımız hazırda Kahramanmaraş ərazisindədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlərimiz zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərdən ibarət heyəti Türkiyəyə göndərilib.
Xatırladaq ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib.
Dünən Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, zəlzələdə ölənlərin sayı 5434-ə çatıb, 31777 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.