HADİSƏ

UNESCO mütəxəssisləri Suriya və Türkiyədə irs obyektlərinə dəyən ziyanı qiymətləndirəcək

UNESCO bu ərazilərin operativ şəkildə qorunması və sabitləşdirilməsi üçün dəqiq zərərin qiymətləndirilməsini tərtib etmək üçün İCOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) kimi tərəfdaşları ilə birlikdə ekspertlərini cəlb edəcək
Sputnik
BAKI, 7 fevral — Sputnik. UNESCO mütəxəssisləri Suriya və Türkiyədə baş vermiş zəlzələdən sonra zərər çəkmiş irs obyektlərinə dəyən ziyanı qiymətləndirəcək. Bu barədə təşkilatın mətbuatla iş üzrə nümayəndəsi Tom Mallar məlumat verib.
Təşkilatın sözçüsü bildirib ki, UNESCO bu ərazilərin operativ şəkildə qorunması və sabitləşdirilməsi üçün dəqiq zərərin qiymətləndirilməsini tərtib etmək üçün İCOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) kimi tərəfdaşları ilə birlikdə ekspertlərini cəlb edəcək.
Xatırladaq ki, zəlzələ nəticəsində zərər görmüş Diyarbakır qalası, Hevsel bağları və Suriyadakı Hələb qalası UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxildir.
Qeyd edək ki, dünən səhər saatlarında və ondan 9 saat sonra Türkiyədə və Suriyada 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib.
HADİSƏ
Kahramanmaraşda azərbaycanlı tələbə itkin düşüb