RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoyqu bu şəhərlərin azad edildiyini açıqladı

Rusiyanın müdafiə naziri qeyd edib ki, Ukrayna rəhbərliyinin "barbar təbiətinin" sübutu onun Pravoslav Milad bayramında atəşi dayandırmaq istəməməsidir.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Rusiya Silahlı Qüvvələri Donetsk və Zaporojye istiqamətlərində Soledar, Kleşeevka, Podqornoe, Krasnopole, Blaqodatnoe, Lobkove və Nikolayevka şəhərlərini azad edib. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, Uqledar və Artemovsk ərazilərində döyüş əməliyyatları uğurla davam edir.
Milad atəşkəsi
Rusiyanın müdafiə naziri qeyd edib ki, Ukrayna rəhbərliyinin "barbar təbiətinin" sübutu onun Pravoslav Milad bayramında atəşi dayandırmaq istəməməsidir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 5-də pravoslav Milad bayramı münasibətilə Ukraynada xüsusi əməliyyat zonasında yanvarın 6-sı günortadan yanvarın 7-nədək atəşkəs rejiminin tətbiqi barədə göstəriş vermişdi.
"Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqələrini intensiv atəşə tutub. Ümumilikdə, düşmən beş yüz əllidən çox artilleriya və minaatan mərmisi atıb", - Şoyqu bildirib.
Şoyqu vurğulayıb ki, Ukrayna artilleriyası Rusiya qoşunlarının cavab atəşi ilə susdurulub. O əlavə edib ki, RF Silahlı Qüvvələri yeni regionlarda Rusiya vətəndaşlarının təhlükəsizliyini və Kiyev rejiminin soyqırımından qorunmasını təmin etməyə davam edəcək.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.