RUSİYA

Rusiya xilasediciləri təyyarə ilə Türkiyəyə yola düşüb

Rusiya Fövqəladə Hallar Nazirliyinin "An-148" təyyarəsi xilasedicilər və nazirliyin əməliyyat qrupu ilə birlikdə Adanaya yola salınıb.
Sputnik
BAKI, 7 fevral - Sputnik. Rusiya xilasediciləri təyyarə ilə Türkiyəyə yola düşüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin "An-148" təyyarəsi xilasedicilər və nazirliyin əməliyyat qrupu ilə birlikdə dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırılması, müvafiq yardımın göstərilməsi üçün Moskva yaxınlığındakı Jukovski hava limanından Türkiyəyə yola düşüb.
Bildirilib ki, Rusiya FHN-in xüsusi reysi ilə uçan təyyarə Adanaya yola salınıb.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Putin Ərdoğana başsağlığı verib və kömək etməyə hazır olduğunu təsdiqləyib.
Türkiyə Prezidenti operativ reaksiyaya görə təşəkkür edib və rusiyalı xilasedicilərin yardımını qəbul edəcəklərini bildirib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.
Son məlumatlara görə, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 2921 nəfərə çatıb. 15 834 nəfər yaralı var.
Dağıntıya məruz qalmış binaların sayı isə 6217-dir.