RUSİYA

Rusiya ABŞ-a nota verib

Rusiyanın daxili işlərinə müdaxiləni təşkil edən hərəkətlərin dayandırılmasını tələb edən rəsmi nota verilib.
Sputnik
BAKI, 7 fevral — Sputnik. ABŞ-ın Moskvadakı səfirliyinə Rusiya daxili işlərinə müdaxiləyə son qoyulmasını tələb edən nota verilib. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyinə yaxın mənbə bildirib.
"Bu il fevralın 7-də ABŞ-ın Moskvadakı səfirliyinə diplomatik missiyanın statusu ilə bir araya sığmayan, Rusiya Federasiyasının daxili işlərinə müdaxiləni təşkil edən hərəkətlərin dayandırılmasını tələb edən rəsmi nota təqdim edilib", - agentliyin həmsöhbəti qeyd edib.
Xatırladaq ki, ötən ay ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel də ABŞ-ın yeni səfirinin yaxın günlərdə Moskvaya gedəcəyini bildirmişdi.
21 dekabr 2022-ci ildə ABŞ Senatı Dövlət Departamentinin əməkdaşı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiq edib. Ryabkov bildirib ki, Moskvada bu namizədlik təsdiqlənib.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays qeyd edib ki, Treysi Rusiya hakimiyyəti ilə viza verilməsinin bərpası imkanları üzərində işləyəcək. Diplomat belə bir nəticənin hər iki ölkənin maraqlarına uyğun olacağını qeyd edib.