BAKI, 7 fevral — Sputnik. Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdə ən azı 7,7 bal gücündə iki təkan qeydə alınıb. Nəticədə 3381 nəfər dünyasını dəyişib, 20 mindən çox insan yaralanıb. Ölkədə fevralın 12-dək ümummilli matəm elan edilib.
Şimali Anadolu yarığında seysmik aktivliyin daha bir neçə həftə davam edəcəyi güman edilir, lakin belə güclü təkanların yenidən meydana çıxma ehtimalı çox aşağı olaraq qalır.
Fevralın 8-də saat 11.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov regionda görünməmiş seysmoloji aktivliyin nədən qaynaqlandığı və bunun Cənubi Qafqaza təsir edib-etməməsi barədə danışacaq.
Tədbir "Sputnik Azərbaycan" saytında, "TikTok" və "Facebook" sosial şəbəkələrində yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.