BAKI, 7 fevral — Sputnik. Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, qazın keyfiyyət göstəricilərinin texniki reqlamentlərin (texniki reqlamentlər qüvvəyə minənədək qazın keyfiyyət göstəricilərinin dövlət standartlarının) tələblərinə uyğunluğuna nəzarət Energetika Nazirliyi tərəfindən həyata keçirilir.
Bu sənəddə istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.