NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiyməti yenə də dəyişdi

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1% artıb.
Sputnik
BAKI, 7 fevral — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, "Brent" neftinin ixracına dair 2023-cü ilin aprel müqaviləsinin dəyəri 0,93% artaraq, 1 barelə görə 81,74 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1% artaraq, 74,85 dollara bərabər olub.
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,45 ABŞ dolları və ya 1,73% azalaraq 82,6 dollara enib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2023-cü ilin əvvəlindən neft qiymətləri Çində tələbin artacağı gözləntiləri ilə yüksəlib.