BAKI, 7 fevral — Sputnik. Elm Rusiyanın hazırda üzləşdiyi çağırışlara cavab vermək, eləcə də ölkənin suverenliyinə nail olmaq üçün əsas vasitəyə çevrilib.
Bunu Rusiya Federasiyası Prezidentinin elm və təhsil üzrə köməkçisi Andrey Fursenko bildirib.
Fursenko çərşənbə axşamı "Elm Günü" ərəfəsində keçirilən mətbuat konfransında deyib: "Biz hamımız başa düşürük ki, bugünkü çətin geosiyasi vəziyyətdə elm bəlkə də üzləşdiyimiz bütün çağırışlara düzgün cavab vermək üçün əsas vasitədir".
"Söhbət suverenlikdən gedir, lakin elmi nailiyyətlər suverenliyin ən mühüm hissəsidir", - deyə o vurğulayıb.
Fursenko alimlərin nailiyyətlərinin Rusiya cəmiyyətində böyük marağa səbəb olduğunu və bu marağın rəy sorğularının məlumatlarında qeydə alındığını qeyd edib.