DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Yaponiyadan"Asiya Ukraynası"nı yaratmaq istəyir

Tokio hakimiyyəti Çinlə tarixi münaqişədə olduğu halda öz ölkələrini Qərb dövləti hesab edir.
Sputnik
BAKI, 7 fevral — Sputnik. NATO, Hind-Sakit Okean bölgəsində Ukrayna tipli növbəti böhrana səbəb olmaq üçün bir plan hazırlayır.
Bu barədə "Global Times"da dəcr edilən məqalədə xəbər verilib.
Şərhçi Sun Çjunpin hesab edir ki, Asiyada ən azı bir ölkə ABŞ-ın hegemonluğunu və Çinin mühafizə siyasətini dəstəkləsə, bu ssenari reallaşa bilər.
Sun Çjunpin Yaponiyanı bu rol üçün ən çox ehtimal olunan namizəd kimi qeyd edib, çünki Tokio hakimiyyəti Çinlə tarixi münaqişədə olduğu halda öz ölkələrini Qərb dövləti hesab edir.
"Bütün bunlardan Vaşinqton istifadə edə bilər və o zaman Yaponiya Asiya Ukraynasına çevriləcək", - deyə müəllif qeyd edib.
Bundan əvvəl Boliviyanın keçmiş Prezidenti Evo Morales bildirmişdi ki, ABŞ Latın Amerikasında nüfuzunu itirdiyi üçün Braziliya, Peru və Argentinada dövlət çevrilişinə təhrik edir. Onun sözlərinə görə, "imperiya hegemonluğunu itirəndə silahlara və güllələrə müraciət edir".