DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə zəlzələyə görə məktəblərdə dərslər bir həftəlik dayandırılıb

Mahmut Özer qeyd edib ki, fevralın 6-dan etibarən Kahramanmaraş, Hatay, Adıyaman və Malatya əyalətlərində tədrisə iki həftə müddətinə fasilə verilib.
Sputnik
BAKI, 6 fevral - Sputnik. Türkiyədə zəlzələyə görə bütün məktəblərdə dərslər bir həftə müddətinə dayandırılıb. Bu barədə Türkiyənin təhsil naziri Mahmut Özer bildirib.
Onun sözlərinə görə, tətil 13 fevrala qədər davam edəcək.
Mahmut Özer qeyd edib ki, fevralın 6-dan etibarən Kahramanmaraş, Hatay, Adıyaman və Malatya əyalətlərində tədrisə iki həftə müddətinə fasilə verilib.
Onun sözlərinə görə, Diyarbakır, Qaziantep, Şanlıurfa, Adana, Osmaniye və Kilis vilayətlərində tədrisə bir həftə fasilə veriləcək.
Daha əvvəl Türkiyənin vitse-prezidenti Fuat Oktay demişdi ki, Türkiyənin zəlzələ bölgəsində dərslər bir həftə müddətinə dayandırılıb, hava limanları bağlanıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.
Son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1121-ə yüksəldiyi, 7634 nəfərin yaralandığı açıqlanıb. 2834 bina dağılıb.