Son məlumatlara görə, nəticədə 1014 nəfər həlak olub, minlərlə adam xəsarət alıb. Minlərlə insan dağıntıların altından xilas edilib. Türkiyə seysmoloqlarının fikrincə, bu zəlzələ son vaxtlar Türkiyədə ən dağıdıcı zəlzələlərdən biri sayıla bilər.
Türkiyə hökuməti yanında Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə idarəsinin məlumatına görə, yeraltı təkanlar yaxın vilayətlərdə, əsasən Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adanada hiss olunub.
Ən çox Kahramanmaraş əyaləti zərər çəkib. Malatya əyalətində qurbanlar var.
Dağıntılar Adana, Qaziantep, Diyarbakır, Kahramanmaraş, Malatya, Şanlıurfada qeydə alınıb. Çoxmərtəbəli binalar da daxil olmaqla 2818 bina dağılıb.
Türkiyədə güclü zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, Kipr və İraqda da hiss olunub.