CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə daha bir güclü zəlzələ baş verib: Təkanların sayı 100-ü keçib - video

Bu gün saat 13:25 radələrində Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkanlar olub.
Zəlzələ Bakı vaxtı ilə 14:30 radələrində qeydə alınıb.
İlkin məlumata görə, yeraltı təkanlar 7,8 bal gücündə olub.
Zəlzələ ölkənin bir çox bölgəsində, o cümlədən paytaxt Ankarada da hiss olunub.
İndiyədək Türkiyədə artıq 100 yeraltı təkan qeydə alınıb. Bu barədə Boğaziçi unversitetinin Zəlzələ araşdırmaları institutunun rəhbəri Haluk Özener bildirib.
“Onların 53-nün gücü 4-dən yuxarı olub”, - deyə alim əlavə edib. Özenerin dediyinə görə, bu cür zəlzələlərin afterşokları aylar və hətta illərlə davam edə bilər.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Nəticədə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb. Zəlzələ nəticəsində ümumilikdə 2818 bina dağılıb.