RUSİYA

Rusiya FHN Türkiyəyə yardım təklif edib

Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdən zərər çəkən Türkiyəyə xilasedicilərlə birlikdə iki təyyarə göndərməyə hazırdır.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Rusiya zəlzələdən zərərçəkən Türkiyəyə yardım göndərməyə hazır olduğunu açıqlayıb. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdən zərər çəkən Türkiyəyə xilasedicilərlə birlikdə iki təyyarə göndərməyə hazırdır.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib. Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub. Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.
DÜNYA XƏBƏRLƏRİ
Avropa ölkələri Türkiyə üçün səfərbər oldu