RUSİYA

Putinin Qrossi ilə danışıqları planlaşdırılmır

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Rusiyaya səfəri zamanı "Rosatom" və Xarici İşlər Nazirliyindən olan həmkarları ilə görüşməyi planlaşdırır.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossinin Rusiya Federasiyasına səfəri zamanı onunla danışması planlaşdırılmır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"RİA Novosti"nin yazdığına görə, Kremlin sözçüsü qeyd edib ki, Qrossi Rusiyaya səfəri zamanı "Rosatom" və Xarici İşlər Nazirliyindən olan həmkarları ilə görüşməyi planlaşdırır.
Bundan əvvəl xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rafael Qrossi bu həftə Moskvaya işgüzar səfərə gələcək. Onun sözlərinə görə, Moskva Qrossi ilə dərin və peşəkar söhbətə ümid edir. O, həmçinin, qeyd edib ki, danışıqlar zamanı əsas məsələ Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılması olacaq.