DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mirzoyan Almaniyaya gedir

Səfər zamanı Ararat Mirzoyan həmçinin Almaniyanın qanunvericilik orqanlarının və ekspert icmasının nümayəndələri ilə görüşlər keçirəcək.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Berlinə iki günlük işgüzar səfər edəcək. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Səfər fevralın 6-dan 7-dək davam edəcək.
Mirzoyanın Almaniyanın xarici işlər naziri Analena Burbok ilə görüşü planlaşdırılır, bundan sonra nazirlərmətbuat konfransı keçirəcəklər.
Səfər zamanı Ararat Mirzoyan həmçinin Almaniyanın qanunvericilik orqanlarının və ekspert icmasının nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlər zamanı Ermənistan və Almaniya arasında əməkdaşlığın genişləndirilməsi və Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə çağırışlar müzakirə olunacaq.
Bundan başa, tərəflər Azərbaycanın Laçın-Xankəndi yolundakı vəziyyəti, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini və ikitərəfli maraq doğuran digər məsələləri müzakirə edəcəklər.