RUSİYA

Lavrov Çavuşoğluya zəng edib: Rusiya yardıma hazırdır

XİN bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyə rəhbərliyinə göndərdiyi teleqramın davamı olaraq, Lavrov Rusiyanın dərhal lazımi yardımı göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.
Sputnik
BAKI, 6 fevral - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti məlumat yayıb.
S.Lavrov güclü zəlzələ nəticəsində çoxsaylı insan ölümü və böyük dağıntılarla bağlı Türkiyəyə başsağlığı verib.
“Rusiya Prezidenti Vladimir Putinin Türkiyə rəhbərliyinə göndərdiyi teleqramın davamı olaraq, nazir Rusiyanın dərhal lazımi yardımı göstərməyə hazır olduğunu bir daha təsdiqləyib”, - Rusiya XİN Mətbuat Xidmətinin məlumatında deyilir.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1498-ə, yaralıların sayının isə 8 533-ə yüksəldiyi açıqlanıb. 2834 bina dağılıb.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ceyhun Bayramov türk həmkarı ilə danışdı: Hər cür yardım göstərməyə hazırıq