DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan zəlzələ nəticəsində ölənlərin sayını açıqladı - 1000 nəfərə yaxınlaşıb

Türkiyə prezidenti qeyd edib ki, indi ölənlərin sayını proqnozlaşdırmaq çox çətindir və hələlik zəlzələ nəticəsində 912 nəfər həlak olub.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Hazırda zəlzələdə ölənlərin sayını proqnozlaşdırmaq mümkün deyil. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz bu fəlakəti ən az insan itkisi ilə aradan qaldıracağımıza ümid edirik. İndi ölənlərin sayını proqnozlaşdırmaq çox çətindir. Zəlzələ nəticəsində 912 nəfər həlak olub", - Ərdoğan keçirdiyi brifinqdə bildirib.
Ərdoğan əlavə edib ki, 2470 nəfər dağıntıların altından xilas edilib.
Zəlzələ nəticəsində ümumilikdə 2818 bina dağılıb.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.
CƏMİYYƏT
Qurban Yetirmişli: "Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur"