BAKI, 6 fevral — Sputnik. Ötən il Azərbaycanda 66 875,5 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 6,8% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ildə bu göstərici 62 619,3 min manat təşkil edib.
Məlumata görə, hesabat dövrü ərzində ölkədə 4 803,8 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,2% çoxdur. 2021-ci ildə bu göstərici 2 998,1 min manat təşkil edib.
Qeyd edilir ki, ötən il ölkədə 20 568,03 QVt/saat elektrik enerjisi satılıb ki, bu da illik müqayisədə 1,9% artım deməkdir. 2021-ci ildə qeyd olunan göstərici 20 181,8 QVt/saat təşkil edib.