AZƏRBAYCAN XƏBƏRLƏRİ

Baş nazirdən mühüm qərar: Gömrük yığımları alınmayan halların siyahısı genişlənib

Qərara əsasən, bu siyahıya silah və texnikanın alınması daxil olmaqla, beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı və hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları halları daxil edilib.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Azərbaycanda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan halların siyahısı genişlənib.
Baş nazir Əli Əsədov "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, bu siyahıya silah və texnikanın alınması daxil olmaqla, dövlət müdafiə sifarişləri, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı və hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları halları daxil edilib.
Bu qərar 2023-cü ilin martın 6-dan qüvvəyə minir.