AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib

Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, müraciətdə deyilir: "Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasinin Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur".
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib. Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub. Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.