RUSİYA

Yaxın Şərqlə bağlı Putinlə kompromis tapmışıq - Netanyahu

İsrailin baş naziri bildirib ki, İran təkcə nüvə silahı yaratmaq istəmir, həm də bizi təhlükə altına almaq istəyir.
Sputnik
BAKI, 5 fevral — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki maraqlarla bağlı kompromis əldə etdiyini iddia edib. Bu barədə RİA Novosti xəbər yayıb.
Baş nazirin sözlərinə görə, İran “ordu” yaratmaq və onu İsrail sərhədi yaxınlığında Suriyada yerləşdirmək istəyir.
"İran təkcə nüvə silahı yaratmaq istəmir, həm də bizi təhlükə altına almaq istəyir. Əvvəlcə mən Putinə dedim: Bax, bizim seçimimiz var: ya qarşıdurmaya gedэk, ya da ümumi dil tapırıq. İsrail sərbəst fəaliyyət göstərir. Biz sizin Suriyadakı hərəkətlərinizə qarışmırıq və siz də bizi rahat buraxırsınız. Biz İsrailin maraqlarına xidmət edən kompromis tapdıq. Putin də hesab edir ki, bu, Rusiyanın maraqlarını təhdid etmir. Biz bir-birimizi sərbəst buraxmağa qərar verdik”, - deyə baş nazir Fransanın LCI telekanalına bildirib.