RUSİYA

Qərbin siyasəti yalan üzərində qurulub - Volodin

Rusiya Federasiyası Dövlət Dumasının spikeri bildirib ki, Almaniyanın keçmiş Kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Olland Pauelin rolunu oynayıblar.
Sputnik
BAKI, 5 fevral — Sputnik. ABŞ və kollektiv Qərbin siyasəti yalan üzərində qurulub, BMT Vaşinqtonun insanlığa qarşı cinayətlərini araşdırmalıdır. Bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
2003-cü il fevralın 5-də ABŞ-ın o vaxtkı dövlət katibi Kolin Pauel BMT Təhlükəsizlik Şurasının iclasında İraq lideri Səddam Hüseynin bioloji silah istehsalı texnologiyaları haqqında məlumat aldığını bildirib və ağ tozlu sınaq borusu nümayiş etdirib. Bir çoxları belə qənaətə gəliblər ki, bu, İraqda istehsal edilən kütləvi qırğın silahlarının nümunəsidir.
Bir ay sonra ABŞ bu ölkəni işğal etdi. Sonradan məlum oldu ki, MKİ səlahiyyətliləri yanlış məlumatlandırıb, İraqda heç bir bioloji silah tapılmayıb və dövlət katibibildirib ki, hər kəsi inandırmaq üçün saxta sınaq borusu göstərib.

"NATO-nun şərqə doğru genişlənməməsi də belə idi. Minsk razılaşmaları da saxta çıxdı. Almaniyanın keçmiş Kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Olland Pauelin rolunu oynayıblar. BMT Vaşinqtonun insanlığa qarşı cinayətlərini araşdırmalıdır”, – Volodin Teleqram kanalında yazıb.

Dövlət Dumasının spikerinin sözlərinə görə, “qərarları qəbul edən siyasətçilər milyonlarla qurbanlar, qaçqınlar, məhv olmuş talelər, dağıdılmış dövlətlər üçün cəzalandırılmalıdır”.