RUSİYA

Putin və Lukaşenko nədən danışıblar

İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının aprel-may aylarında keçirilməsi planlaşdırılır.
Sputnik
BAKI, 5 fevral - Sputnik. İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası ilkin olaraq aprel-may aylarına təyin edilib. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Bazar günü Belarus və Rusiya prezidentləri Aleksandr LukaşenkoVladimir Putin arasında telefon danışığı olub.
“Aleksandr Lukaşenko və Vladimir Putin Belarus-Rusiya əməkdaşlığının üç blokunu müzakirə ediblər. Birinci blok ikitərəfli münasibətlərlə bağlıdır. Prezidentlər iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün ümumi gündəliyi müzakirə ediblər. Xüsusilə, Belarus və Rusiyanın təhlükəsizliyini təmin etmək üçün İttifaq dövləti çərçivəsində gələcək fəaliyyətlərdən danışdılar”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, müzakirə olunan ikinci sual prezidentlərin Rusiya Federasiyası ilə Belarus arasında anti-sanksiya qarşılıqlı fəaliyyətini müzakirə etmək niyyətində olduqları qarşıdakı görüşə həsr olunub.
“Üçüncü blok isə Ali Dövlət Şurasının iclasına hazırlıqdır. İttifaq Dövlətinin Nazirlər Şurasının iclasının fevralda keçirilməsi nəzərdə tutulduğundan, Ali Dövlət Şurasının aprel-may aylarında keçirilməsi şərti olaraq nəzərdə tutulub. İclasda gözlənildiyi kimi, mövcud müqavilələr rəsmiləşdiriləcək, müvafiq sənədlər imzalanacaq. Amma bundan əvvəl dövlət başçıları qarşıdakı görüşdə cari məsələlərin bütün spektrini müzakirə edəcək və dəqiqləşdirəcəklər”, - deyə Belarus liderinin mətbuat xidmətinin məlumatında qeyd olunur.