BAKI, 5 fevral — Sputnik. "The New York Times"ın köşə yazarı Ross Dutat iddia edir ki, Ukraynada uzun sürən münaqişə Qərb və bütün dünya üçün ağır nəticələrə səbəb olacaq.
Onun fikrincə, uzanan münaqişə Kiyevə və Qərbə baha başa gələcək və onlar bunun əvəzini təkcə pulla deyil, həm də bir çox insanın həyatı ilə ödəməli olacaqlar.
Yazar vurğulayıb ki, bu, təkcə Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibəyə, nüvə münaqişəsinə deyil, həm də müharibədən sonrakı Ukraynanın ağır iqtisadi və demoqrafik vəziyyətinə gətirib çıxara bilər. Bu, qlobal iqtisadiyyata zərər verəcək, enerji və qida sektorlarına təsir göstərəcək.
"Uzun sürən münaqişədən sonra ABŞ Çindən gələn təhdidlərə, həm də bu əsrin gətirə biləcəyidigər sürprizlərə hazır olmayacaq", - deyə məqalədə qeyd olunub.
Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya ilə münaqişəni tez həll etmək üçün Ukrayna ilə bağlı strategiyanı dəyişib.
Ötən ilin fevralın 24-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR" rəhbərlərinin yardım xahişinə cavab olaraq Donbasın müdafiəsi üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarına səbəb olub.