RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Danimarka Ukraynada münaqişəyə getdikcə daha çox cəlb olunur - Vladimir Barbin

Rusiyanın Kopenhagendəki səfiri bildirib ki, Danimarkanın Rusiyanın hərbi məğlubiyyətinə ümid etdiyi bir şəraitdə dialoq üçün heç bir əsas yoxdur.
Sputnik
BAKI, 5 fevral - Sputnik. Danimarka, Kiyevə hərbi dəstəyin genişləndirilməsi ilə getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur. Bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bildirib.
Onun sözlərinə görə, Kopenhagen Rusiya Federasiyasının məğlubiyyətinə ümid etdiyi bir şəraitdə dialoq üçün heç bir əsas yoxdur.
“Əlbəttə, Kiyev rejiminə hərbi dəstək genişləndikcə, Danimarka münaqişəyə daha dərin cəlb ediləcək”, - deyə Barbin bildirib.

“Danimarkanın yeni hökumətindən ikitərəfli münasibətlərin inkişafında yaxşılığa doğru dəyişikliklər gözləməyə əsas yoxdur. Kiyev rejiminə hərbi dəstək genişlənir. Bu yaxınlarda Ukraynaya 19 ədəd Fransa istehsalı olan "Sezar" özüyeriyən artilleriya qurğusunun göndərilməsi barədə qərar qəbul edilib", - deyə diplomat əlavə edib.

O həmçinin qeyd edib ki, bu gün Rusiya ilə Danimarka arasında münasibətlər “geri atılıb”.

“Danimarkanın Rusiya üçün hərbi məğlubiyyətə mərc etdiyi bir şəraitdə... əməkdaşlıq bir yana qalsın, dialoq üçün də heç bir əsas yoxdur. Yalnız Kopenhagen Rusiyaya qarşı düşmənçilik siyasətindən və düşmənçilik fəaliyyətindən əl çəkdikdən sonra ölkələrimiz arasında normal münasibətlərin bərpası perspektivlərindən danışmaq mümkün olacaq", - deyə Barbin vurğulayıb.

Qeyd edək ki, Ukraynaya silah tədarük etdiyi üçün Rusiya bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silahdan ibarət olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi isə bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.