DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bəzi ölkələr Kabildəki səfirliklərini bağlayır - Əl-Ərəbiyyə

Səfirliklərin bağlanması barədə qərarın təhlükəsizlik təhdidləri ilə bağlı olduğu bildirilir.
Sputnik
BAKI, 5 fevral - Sputnik. Ərəb və Qərb ölkələri təhlükəsizlik təhdidləri üzündən Əfqanıstanın paytaxtı Kabildəki səfirliklərini bağlayır. Bu barədə RİA Novosti “Əl-Ərəbiyyə” telekanalına istinadən məlumat yayıb.
“Ərəb və Qərb dövlətləri Kabildəki səfirliklərini bağlayıb Əfqanıstanı tərk edirlər”, - deyə kanalın mənbələri bildirib.
Mənbələrin sözlərinə görə, səfirliklərin bağlanması barədə qərar təhlükəsizlik təhdidləri ilə bağlıdır. Lakin telekanal hansı dövlətlərdən danışdığını dəqiqləşdirməyib.
Xatırladaq ki, 2021-ci il avqustun əvvəlində Taliban (Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini bəyan edib.
Əfqanıstanın hazırkı prezidenti Əşrəf Qani “qırğının qarşısını almaq üçün” ölkəni tərk etdiyini bildirib.
Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
Sentyabrın əvvəlində ilk Taliban hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.