BAKI, 5 fevral — Sputnik. Beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.
APA-nın məlumatına görə, 12 ölkə - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən "İstisu"ya gəliblər.
Beynəlxalq səyyahlara Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verilib
© Photo : TREND
Səyyahlara İstisu və işğal dövründə Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verilib.
Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirib.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin ötən gündə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.