BAKI, 4 fevral - Sputnik. Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, teatrın mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.
"Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır", - məlumatda deyilir.
İntiqam Hacılı isə açıqlamasında bildirib ki, teatrında hazırda təhvil-təslim prosesi həyata keçirilir.
"Hazırda teatrda nə var, hər bir şeyin hesabatını aparırıq. Təhvil-təslim prosesi yanvarın 28-dən başlayıb və bir neçə günə yekunlaşacağı gözlənilir".
Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tofiq Heydərov Nazirliyin müvafiq əmri ilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.