DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Depardye Ukraynada baş verənlərin onun Rusiyaya münasibətini dəyişmədiyini bildirib

Depardye deyib ki, “insanların siyasətlə aktyorluğu qarışdırması heç xoşuna gəlmir”.
Sputnik
BAKI, 4 fevral - Sputnik. Rusiya vətəndaşlığı olan fransız aktyor Jerar Depardye Ukraynada baş verənlərin Rusiyaya münasibətini dəyişmədiyini, hələ də rus olduğunu və rus mədəniyyətini sevdiyini bildirib.
"Mənim üçün heç nə dəyişməyib. Mən hələ də rusam. Mən rus mədəniyyətini sevirəm. Mən bir ölkəni sevirəmsə, o, həmişə onun mədəniyyətinə görə bunu edirəm. Amma bu mövzu haqqında danışmaqdan qaçmağa üstünlük verirəm, heç kim bu barədə həqiqətən ağlabatan bir şey deyə bilməz”, - Depardye Almaniyanın “Augsburger Allgemeine” qəzetinə müsahibəsində Ukrayna böhranının onun Rusiyaya münasibətini dəyişib-dəyişdirmədiyi sualına cavab verərkən deyib.
Eyni zamanda o əlavə edib ki, “insanların siyasətlə aktyorluğu qarışdırması heç xoşuna gəlmir”.