BAKI, 4 fevral — Sputnik. Universitet yerdəyişməsi zamanı xaricdən 506 nəfər yerli və 25 nəfər xarici tələbə axını olub.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq belə deyilib. Nazirlikdən bildirilib ki, Azərbaycanda təhsil üçün müraciət edən xarici vətəndaşların 24-nə təsdiq, birinə isə imtina cavabı verilib.
Nazirlikdən bildirilib ki, yerdəyişmə, yəni tədris prosesinin növbəti illərini Azərbaycanda təhsil almaq üçün müraciət edənlərin əksəri Türkiyə, Ukrayna, Rusiya, İrandandır. Növbəti sıralarda isə Çin, Polşa, Macarıstan və s. ölkələr qərarlaşıb: "Qeyd edim ki, yerdəyişmə üçün müraciət edənlərin əksəri tibb, jurnalistika, informasiya texnologiyaları, hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat fakültələrində təhsil almaq istəyənlərdir".
"Müraciətlərin əsas səbəbləri Ukraynada baş verən hadisələr, ailə vəziyəti və şəxsi səbəblərdir", - deyə nazirliyin məlumatında bildirilib.