CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şənbə gününün hava proqnozu açıqlandı

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı bildirilir.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.