BAKI, 3 fevral - Sputnik. Avropa diplomatiyasının rəhbəri Cosep Borrelin Moskvanın Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün heç bir siyasi iradəsinin olmadığı barədə açıqlamaları həqiqətə uyğun deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Daha əvvəl Avstriyanın “Der Standart” qəzetinə müsahibə verən Borrell bildirib ki, Aİ Ukraynada sülh danışıqlarına “həmişə açıqdır”, lakin onlar Rusiyanın bu danışıqlara başlamaq üçün siyasi iradəsini görmürlər və "Ukraynaya vəsait vermək" münaqişəni sona çatdırmaq üçün yeganə yol dur.
""Borrell özünə xas olan tərzdə yalan danışır. Xatırlatmaq istərdik ki, Rusiya dəfələrlə bütün platformalarda və müxtəlif səviyyələrdə ilkin və qəbuledilməz şərtlər olmadan Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara açıq olduğunu təkrarlayıb. Lakin kənardan gələn sifarişlə danışıqları tərk edən Ukrayna oldu", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Aİ "diplomatiyası" rəhbərinin Kiyevə "vəsait" verməklə bağlı müraciəti silah və hərbi texnikanın tədarükünün davam etdirilməsi deməkdir.
"Başqa sözlə, qeyri-hərbi həll yolunun tapılmasına deyil, münaqişənin uzadılmasına sərmayə qoyuluşudur”, - deyən Zaxarovanın şərhi Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Diplomat qeyd edib ki, Kiyevdə keçirilən Aİ-Ukrayna sammiti günü Borrell “qəsdən” “Vladimir Zelenskinin fərmanı ilə Rusiya Federasiyasının rəhbərliyi ilə hər hansı danışıqların qanuni olaraq qadağan olunduğunu” unudub.
“Ona görə də qoy o, bütün pafosunu Ukrayna rəhbərliyinə yönəltsin”, - deyə Zaxarova təklif edib.