RUSİYA

Moskvada əlverişsiz hava şəraiti səbəbindən 50-dən artıq reys gecikib və ya ləğv edilib

Əlverişsiz hava şəraiti ilə əlaqədar "Domodedovo" hava limanında 10 reys, "Vnukovo"da 3 reys gecikib.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Əlverişsiz hava şəraiti Moskvanın hava limanlarında 54 təyyarə reysinin gecikməsinə və ya ləğv edilməsinə səbəb olub.
Rusiya KİV xəbər verir ki, "Domodedovo" hava limanında 10 reys gecikib, 1-i ləğv olunub, "Vnukovo"da 3 reys gecikib, 5-i ləğv olunub.
"Şeremetyevo" hava limanında bu göstərici müvafiq olaraq 10 və 1-ə bərabərdir.
Xatırladaq ki, bir neçə gün öncə əlverişsiz hava şəraiti Moskva hava limanlarının işində problemlər yaratmış, 40-dan çox reys gecikib və ya təxirə salınmışdı.
Bu səbəbdən Moskva hava limanlarında 12 reys gecikmiş, daha 29 reys isə ləğv olunmuşdu. Hökumət küçədə son dərəcə diqqətli olmaqla yanaşı, ağacların altında durmamaq və onların yaxınlığında avtomobil saxlamamaq üçün vətəndaşlara çağırış edib.