RUSİYA

Kreml Serbiya rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir - Peskov

Rusiya prezidentinin sözçüsü bildirib ki, Serbiyanın bu təzyiqlərə tab gətirmək üçün hansı səyləri göstərdiyini yaxşı bilirlər.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Kreml Qərbin Belqrada göstərdiyi təzyiqi və Serbiyanın bu təzyiqlərə tab gətirmək üçün hansı səyləri göstərdiyini yaxşı bilir. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç ölkə hakimiyyətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmədən daha nə qədər tab gətirə biləcəyini bilmədiyini, lakin mümkün qədər özlərini qorumağa çalışacaqlarını bildirmişdi.

"Biz Serbiya rəhbərliyinin kollektiv Qərb tərəfindən misli görünməmiş təzyiqə məruz qaldığını və bunun Serbiya rəhbərliyinə baha başa gəldiyini yaxşı bilirik. Kreml Serbiya rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir", -deyə Peskov qeyd edib.

Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.