BAKI, 3 fevral — Sputnik. Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti fevralın 3-ü axşamadək davam edəcək, 4-ü havanın mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, fevralın 3-nə olan məlumata əsasən, hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.
Düşən yağıntının miqdarı İsmayıllı, Şamaxı, Qaxda 13.0 mm, Ağsu, Xaltanda 12.0 mm, Altıağacda 11.0 mm, Balakən, Qəbələ, Şahdağ, Şəkidə 10.0 mm, Ağdərə, Qobustanda 9.0 mm, Zaqatalada 8.0 mm, Oğuzda 7.0 mm, digər rayonlarda 1.0-6.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Dağlıq və dağətəyi rayonlarda müşahidə olunan qar nəticəsində qar örtüyü əmələ gəlib, hündürlüyü: Qaxda 19 sm, Altıağacda 17 sm, Xaltanda 12 sm, Şahdağ, Qrızda 10 sm, Şamaxıda 6 sm, Qobustanda 4 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.
Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Hacıqabul, Biləsuvar, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Şimal-qərb küləyi Tərtər, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 18 m/s-dək güclənib.
Fevralın 3-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvanda 5°-dək şaxta, dağlıq rayonlarda 11°-dək şaxta, aran rayonlarında 3-6° isti olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.