BAKI, 3 fevral — Sputnik. Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb. Belə ki, Qubanın Xınalıq kəndində 13 sm, Xaltanda 12 sm və Qrızda isə 10 sm qar yağıb.
Xızının Altıağac qəsəbəsində 10 sm, Qusarın Ləzə kəndində 19 sm qar müşahidə olunub.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burada havanın temperaturu mənfi 9 dərəcəyədək enib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.