BAKI, 2 fevral — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasının fevralın 8-də Ukrayna üzrə iclasının keçirilməsini tələb edib.
Bu barədə fevral ayında Təhlükəsizlik Şurasına sədrlik edən Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Freyzer brifinqdə bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski "RİA Novosti"yə bildirib ki, görüş Ukrayna böhranının Qərb silahlarının tədarükünün artması fonunda sülh yolu ilə həlli perspektivlərinə həsr olunacaq.
"Biz Minsk razılaşmalarının imzalanmasının ildönümünü də qaçırmayacağıq", - deyə diplomat əlavə edib.
Bundan əlavə, o, Kiyev rejimi və onun qərbli sponsorlarının fevral ayında BMT Baş Assambleyasında xüsusi əməliyyatın ildönümü kontekstində tədbir təşkil edəcəyinə diqqət çəkib.
Xatırladaq ki, bu günlərdə BMT baş katibinin mətbuat katibinin müavini Farhan Haq Moskva və Kiyevə təsir gücünə malik olan tərəfləri hərbi əməliyyatları dayandırmağa təşviq etməyə çağırıb. Eyni zamanda, o, Ukrayna Silahlı Qüvvələrinə mümkün qırıcıların çatdırılması ilə bağlı xəbərlərə münasibət bildirmək sorğusuna cavab olaraq bildirib ki, təşkilatın konkret texnika ilə bağlı mövqeyi yoxdur.