RUSİYA

Qərb Rusiyanı özünə gələ bilməyəcək şəkildə məğlub etmək istəyir - Lavrov

Rusiya XİN rəhbəri bildirib ki, Qərbdə düşünürlər ki, Rusiya strateji məğlubiyyət almalı və uzun müddət ayağa qalxmamalıdır.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Qərb Rusiyaya elə bir məğlubiyyət yaşatmağa çalışır ki, o, onilliklər ərzində özünə gələ bilməsin, bu, "Rusiya məsələsi"ni həll etmək cəhdi deyilsə, nədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Niyə insanlar indi Kiyev rejiminin ürəyində olan nasist ideologiyasını görməkdən imtina edirlər? Onun pərəstişkarları və marionetləri tərəfindən səsləndirilən bütün bu bəyanatlar "Rusiya məsələsi"ni həll etmək cəhdindən başqa bir şey deyil. Rusiya strateji məğlubiyyət almalı və uzun müddət ayağa qalxmamalıdır", - Rusiya XİN rəhbəri "Rossiya 24" telekanalına və RİA Novosti agentliyinə müsahibəsində bildirib.
"Avropa Komissiyasının da tanınmış üzvü Ursula fon der Lyayen dedi ki, müharibənin nəticəsi Rusiyanın məğlubiyyəti olmalıdır və bu elə bir məğlubiyyət olmalıdır ki, onilliklər ərzində o, öz iqtisadiyyatını bərpa edə bilməməlidir. Bu irqçilik deyil, nasizm deyil, "Rusiya məsələsi"ni həll etmək cəhdi deyilmi? - o deyib.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.
Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.