RUSİYA

Putin almanları hədələdi: Rusiya təhdidlərə təkcə zirehli texnika ilə cavab verməyəcək

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiyanın banderaçıların əlləri ilə döyüşən alman “Leopard” tankları ilə təhdid edilməsi ağlasığmazdır.
Sputnik
BAKI, 2 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin
"Bizi yenə Banderanın tərəfarlarının əlləri ilə döyüşən alman “Leopard” tankları təhdid edirlər".
Bunu Rusiya Prezidenti Vladimir Putin Stalinqrad döyüşündəki qələbənin 80-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
"Bu, ağlasığmazdır, amma faktdır - bizi yenə banderaçıların əlləri ilə döyüşən alman “Leopard” tankları ilə təhdid edirlər. Rusiya təhdidlərə təkcə zirehli texnika ilə cavab verməyəcək, hamı bunu başa düşməlidir", - Putin vurğulayıb.
Almaniya kansleri Olaf Şolts bu yaxınlarda bildirib ki, onun başçılıq etdiyi hökumət Ukraynaya “Leopard 2” tanklarının tədarükünü təsdiqləyib.
Onun sözlərinə görə, ölkəsi Kiyevə 14 “Leopard 2” tankı göndərəcək. Üstəlik, Almaniya müttəfiqlərə Ukraynaya bu tankların göndərilməsi üçün icazə verəcək.
“Bu qərar imkanlarımız çərçivəsində Ukraynaya məlum dəstək xəttimizə uyğundur”, - O.Şolts vurğulayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius isə deyib ki, “Leopard 2” tankları Ukraynaya təxminən 3 aya çatdırıla bilər. Bunun üçün əvvəlcə Ukrayna hərbçiləri həmin tanklardan istifadəni öyrənməlidirlər.
Nazir “Leopard 2” tanklarının Ukraynaya tədarükünə dair qərarın tarixi əhəmiyyət kəsb etdiyini söyləyib: “Müharibə davam etdikcə Almaniyanın Ukraynaya silah tədarükü davam edəcək”.