AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ötən il turistlərə bilet satışından nə qədər vəsait əldə edilib?

Agentlik bəyan edib ki, ziyarətçilərin 162798 nəfər xarici, 178455 nəfəri yerli vətəndaş olub.
Sputnik
BAKI, 2 fevral — Sputnik. 2022-ci il ərzində Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlara pandemiyadan əvvəlki dövrdən daha artıq sayda bilet satışı olub.
Sputnik Azərbaycan xəbər verir ki, ötən il ümumilikdə 341253 bilet satılıb. Ziyarətçilərin 162798 nəfər xarici, 178455 nəfəri yerli vətəndaş olub. Ümumilikdə 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1693164 manat vəsait əldə edilib. Sözügedən qoruqlara "Yanardağ", "Atəşgah məbədi", "Xınalıq", "Lahıc", "Yuxarı Baş", "Kiş", "Beşbarmaq dağı" və "Basqal", həmçinin "Diri Baba" türbəsi daxildir.
Qeyd edək ki, ötən il Milli parklarımıza il ərzində ümumilikdə 276703 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.