HƏRBİ

Ermənistan sülh təklifinə müsbət yanaşmalıdır - Zakir Həsənov

Nazir azad edilmiş ərazilərin minalardan təmizləndiyini, yenidənqurma və bərpa prosesinin aparıldığını vurğulayıb.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Ermənistan Azərbaycanın sülh təklifinə müsbət yanaşmalıdır.
Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən "Qış təlimi-2023"ün Yüksək səviyyəli müşahidəçi günündə bildirib.
Nazir azad edilmiş ərazilərin minalardan təmizləndiyini, yenidənqurma və bərpa prosesinin aparıldığını vurğulayıb.
"Biz Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasındakı dəstəyinə görə Türkiyəyə təşəkkür edirik. Türkiyənin son illər müdafiə sənayesindəki uğurları bizi sevindirir", - Zakir Həsənov vurğulayıb.
Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.