RUSİYA

"Cənubi Qafqazda nəqliyyat dəhlizinin açılmasının və iqtisadi əlaqələrin tərəfdarıyıq"

Mişustun Paşinyana deyib ki, Rusiya, Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsini vacib hesab edir.
Sputnik
BAKI, 2 fevral - Sputnik. Rusiya Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açıqlmasının və iqtisadi əlaqələrin qurulmasının tərəfdarıdır.
Bu barədə Rusiya Federasiyasının baş naziri Mixail Mişustin ermənistanlı həmkarı Nikol Paşinyanla Almatıda keçirdiyi görüşdə bildirib.
"Biz ənənəvi olaraq Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılmasının və iqtisadi əlaqələrin qurulmasının tərəfdarıyıq. Rusiya, Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsini vacib hesab edirik”, - deyə Rusiya hökumət başçısı qeyd edib.
Mişustin vurğulayıb ki, yeni nəqliyyat və infrastruktur marşrutlarının yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir.
Xatırladaq ki, Mişustin, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gediblər.
Onlar Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında, həmçinin illik Rəqəmsal Almatı forumunun işində iştirak edəcəklər.
Ənənəvi olaraq dar və geniş tərkibdə keçiriləcək Hökumətlərarası Şuranın iclasının gündəliyi ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, Aİİ inteqrasiya olunmuş informasiya sistemi və digər aktual məsələlərin geniş spektrini əhatə edir.
Fevralın 3-də Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri illik Rəqəmsal Almatı forumunun plenar iclasında iştirak edəcəklər. Ənənəvi olaraq forumda tanınmış siyasi və ictimai xadimlərin, iri rəqəmsal şirkətlərin rəhbərlərinin, İT biznes liderlərinin və rəqəmsal sənaye ekspertlərinin iştirakı gözlənilir.
Avrasiya İqtisadi İttifaqı Gömrük İttifaqı və Vahid İqtisadi Məkan əsasında yaradılmış və 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq iqtisadi inteqrasiya birliyidir. İndi Aİİ üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.