FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Stalinqrad döyüşündə qələbənin 80 illiyi: İkinci Dünya müharibəsinin dönüş nöqtəsi

1942-ci ilin yayında Don və Volqa yaxınlığında əhəmiyyəti, əhatə dairəsi və gərginliyi ilə misli görünməmiş döyüş başlayıb.
Sputnik
Düşmənin birbaşa Stalinqrada hücumu 1942-ci il iyulun 17-də başlayıb. Bu şəhərin itirilməsi sovet qoşunlarının bütün cənub cinahını kritik vəziyyətə salacaqdı.
Düşmən Stalinqrada yeni qüvvələr ataraq bu istiqamətdəki diviziyalarının sayını 38-dən 80-ə çatdırıb. Qırmızı Ordu 200 gün ərzində Almaniyanın və onun müttəfiqlərinin seçmə birləşmələrini darmadağın edib.
Tarixi və İkinci Dünya müharibəsinin bütün gedişatını dəyişdirən Stalinqrad döyüşü 1943-cü il fevralın 2-sinə qədər davam edib və sovet qoşunlarının tam qələbəsi ilə başa çatıb. Əməliyyatın müdafiə mərhələsi 1942-ci il noyabrın 18-dək davam edib, noyabrın 19-da isə hücum mərhələsi başlayıb.
1 / 15

Serjant Pavel Qoldberq, Stalinqrad döyüşü zamanı 95-ci atıcı diviziyanın 241-ci atıcı alayının pulemyotçular taqımının komandiri.

2 / 15

Stalinqrad döyüşü (1942-ci il iyulun 17-si – 1943-cü il fevralın 2-si). Qaçqınlar dağıdılmış Stalinqradı tərk edirlər.

3 / 15

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi - Stalinqrad döyüşü. Yanan Stalinqradın görüntüsü.

4 / 15

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi - Stalinqrad cəbhəsi. Rabitəçilər iş başında.

5 / 15

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi - Stalinqrad döyüşü. 1942-ci ilin iyulu - 1943-cü ilin fevralında Stalinqradın Stansiya meydanında alman aviasiyasının hücumu zamanı.

6 / 15

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi - Stalinqrad döyüşü. Volqadan barja üzərində keçid.

7 / 15

Əsgərlər Stalinqradın rayonlarından birində döyüşlər arası fasilə zamanı nahar edirlər.

8 / 15

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi - Stalinqrad döyüşü (1942-ci ilin iyulu - 1943-cü ilin fevralı). Valideynlərini itirmiş Stalinqrad uşaqları.

9 / 15

Stalinqrad döyüşü zamanı vurulmuş alman kəşfiyyat təyyarəsi.

10 / 15

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi - Stalinqrad döyüşü (1942-ci ilin iyulu - 1943-cü ilin fevralı). İstehkamçılar partlayıcı ilə dolu qutunu yerləşdirirlər.

11 / 15

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi - Stalinqrad döyüşü (1942-ci ilin iyulu - 1943-cü ilin fevralı). Sovet əsgərlərinin qardaşlıq məzarı.

12 / 15

Böyük Vətən müharibəsi (1941-1945-ci illər). Stalinqrad. 1942-ci ilin dekabrı.

13 / 15

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi. Stalinqrad döyüşü (1942-ci il iyulun 17-si – 1943-cü il fevralın 2-si). Azad edilmiş Stalinqrad üzərində dalğalanan bayraq.

14 / 15

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi - Stalinqrad döyüşü (1942-ci il iyulun 17-si – 1943-cü il fevralın 2-si). Stalinqrad yaxınlığında əsir götürülmüş almanlar.

15 / 15

Stalinqrad döyüşü başa çatdıqdan (1943-cü ilin fevralında) bir neçə ay sonra Stalinqradın bərpası. Qadınlar dağıdılmış şəhərin küçələrində yaşayış binalarının xarabalıqlarını təmizləyirlər.