BAKI, 1 fevral — Sputnik. 2023-cü ilin ilk ayında respublikanın avtomobil yollarında baş verən qəzalar nəticəsində həlak olanların sayı məlum olub.
Yol qəzaları nəticəsində 55 nəfər həlak olub. Bütün faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, 2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib, 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. Bu, da daha öncəki illə müqayisədə 77 hadisə, 23 ölüm halı, 58 xəsarət halı az deməkdir.