BAKI, 1 fevral — Sputnik. "İsveç, boş yerə çabalama. Sən mənim müqəddəs kitabımın yandırılmasına icazə verdiyin müddətcə biz sizin NATO-ya üzv olmağınıza “hə” deməyəcəyik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti bildirib ki, NATO-nun genişləndirilməsi ilə bağlı prosesləri yaxından izləyir: “Finlandiya məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. Bunu da belə bilin”. (Apa)
Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciət edib. Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi tərəfindən ratifikasiya olunmayıb - bunlar Macarıstan və Türkiyədir. Türkiyə Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı İsveçi "şok edəcək" qərar qəbul edə bilər. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl deyib.