BAKI, 1 fevral — Sputnik. Rusiya Afrikada kiçik dizel elektrik stansiyaları tikməklə, enerji təchizatı ilə bağlı problemlərin həllində bu qitəyə kömək edə bilər.
Bunu Neft və Qaz İstehsalçıları İttifaqının prezidenti Gennadi Şmal Rusiya Ticarət və Sənaye Palatasında keçirilən "Afrika Yolu" investisiya konfransında bildirib.
O xatırladıb ki, "Dünya əhalisinin 16%-i Afrikada yaşayır və onlar enerjinin 3,4%-ni istehlak edirlər – bu, dünya üzrə orta göstəricidən 5 dəfə azdır". "Yəni, qitənin qidadan başqa əsas problemlərindən biri də enerjidir", - deyə birlik rəhbəri qeyd edib.
"Qərbin neft embarqosu altında olan Rusiya orada kiçik maye elektrik stansiyaları tikməklə qitə ölkələrinə enerji probleminin həllinə kömək edə bilər", - deyə Şmal bildirib.
O qeyd edib ki, AES-lərin olması əlbəttə ki, yaxşıdır, lakin bu, uzun müddət tələb edir və bahalıdır.
"Ona görə də dizel yanacağı ilə işləyən 100-200 kilovatlıq kiçik maye elektrik stansiyaları tikmək daha yaxşıdır", - deyə Neft və Qaz İstehsalçıları İttifaqının rəhbəri sözünü yekunlaşdırıb.